Kokpit.az bildirir ki, avstriyalılar RB19 simulyatorundan başqa RB18 və RB19 şou maşınları da ictimaiyyətə təqdim edilib. Bununla da ilk dəfə Red Bull Racing-in şou maşını ictimaiyyətə açıq formada satışa çıxarılıb.
Red Bull-un tərəfdaşlarından biri olan Memento Exclusives böyük Formula 1 təcrübəsini simulyator vasitəsilə reallığa yaxın formada insanlara təqdim etməyi hədəfləyir.
Memento Exclusives və F1 Authentics-in qurucusu və rəhbəri Berri Qof bu barədə belə danışıb: “Dünyada məşhur olan Oracle Red Bull Racing Simulyatorlarını və şou maşınlarını təqdim etdiyimiz üçün çox sevincliyik. RB19 Formula 1 tarixinin ən uğurlu maşınlarından biri idi və o, həm Sürücülər, həm də Mühəndislər Çempionatının qalibi oldu və çoxlu rekord qırdı. Bu bolidi Formula 1 azarkeşlərinə ən real formada təqdim etmək şirkətimizi üçün böyük tarixi andır”.
Şərh əlavə et