Xəbəri Kokpitdə Oxuyun!

Mik Şumaxer Mercedes-də qalmağı düşünür

Mik bu il Alpine komandasınln tərkibində WEC-dəki işini Mercedes-in F1-də ehtiyat sürücüsü olmaqla birləşdirib.

Kokpit.az xəbər verir ki, alman sürücü gələn il də Berklidəki işini davam etdirməyi düşünür.

Mik Şumaxer: “Formula 1-də çıxış etmək mənim üçün böyük məqsəddir və ona çatmaqda davam edirəm. 2025-ci il üçün müqavilə imzalamaq imkanı qalır, ona görə də səbirli olub gözləmək lazımdır. Ehtiyat sürücü kimi mümkün olan ən yaxşı işi görməyə davam etmək və Alpine-də yarışmaq vacibdir. Mercedes-də gördüyüm işlərin çoxu ictimaiyyətə görünmür, amma mən bunu yaxşı bacarıram. Buna görə də hamımız əminik ki, Mercedes-lə əməkdaşlığı davam etdirəcəyəm”.

Elçin Zodorov

Şərh əlavə et