Kokpit.az xatırladır ki, ABŞ Qran Prisi oktyabrın 20-də baş tutacaq və arada dördhəftəlik fasilə var. Bu fasilədə komandalar yeniliklər hazırlaya biləcəklər. Mercedes də Ostindəki yarışa böyük yeniliklərlə gələcək komandalardan biridir.
Ceyms Əllison: “Bu fasilədə bizi narahat edən nüansları düzəltmək və təkərlərin çox qızdığı traslarda daha yaxşı işləməsi üçün əlimizdən gələni edəcəyik. Bunlardan başqa mövsümün son yeniliklərini bir araya gətirmək üçün çox iş görəcəyik.
Ostində bizi gücləndirməsini ümid etdiyimiz çoxlu yeniliklərimiz var. Buna görə də çox işləməli və özümüzü ilin son yarışlarına hazırlamalıyıq”.
Ceyms Əllison Mercedes-in Sinqapur Qran Prisindəki performansı barədə bunları deyib: “Bazar günü alınan nəticə komanda üçün yaxşı olmadı və cümə günü gözlədiyimiz çətinliklərdən xəbər verirdi. Çətin keçən cümə günündən sonra şənbə günü sıralanma turunda uğur qazanmağımız qəribə idi. Buna görə də bizi yüksək pillələrə aparan bazadakı işçilərə böyük təşəkkür düşür”.
Şərh əlavə et