Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Formula 1 karyerasına 2011-ci ildə HRT komandasında başlamış, 2012-ci ildə Toro Rosso komandasına keçmişdi. O, 2014-cü ildə Red Bull-a transfer olunmuş və burada ilk mövsümündə 3 yarış qazandıqdan sonra ulduzu parlamışdı.
Daniel Rikkardo əsasən əyləcə gec basaraq etdiyi hücumlara görə seçilirdi. Lakin 2019-cu ildə Renault komandasına keçdikdən sonra “bal porsuğu” bu xüsusiyyətini itirməyə başlamışdı.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko RB komandasından bu gün göndərilən Daniel Rikkardo haqda deyib ki, o artıq əvvəlki mübarizəçi instinktini itirmişdi: “Məncə, Red Bull komandasından ayrılmaq karyerası üçün dönüm nöqtəsi oldu. Daha sonra nə Renault-da nə də McLaren-də güclü maşını oldu. Montsada qalib gəldi, amma o yarışda da bəzi hadisələr yaşanmışdı.
Tam olaraq nə olduğunu bilmirik, çünki bilsəydik, ona kömək edərdik. Ancaq son illərdə sürətini və əyləcə gec basma istedadını itirdi. Əvvəlki qatil instinkti yox olmuşdu”.
Şərh əlavə et