Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Səhv etdik

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Sinqapur yarışında Lyuis Həmiltona səhv strategiya seçiblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən işlənmiş Soft təkərlərlə başlayıb. O, bu həmlə ilə ikinci yerdəki Maks Fetstappenlə birinci yerdəki Lando Norrisi keçməyi ümid edirdi. Ancaq belə olmadı. Yeddiqat Dünya Çempionu rəqiblərinə nisbətən daha tez – 12-ci dövrədə pit-stop etməli olub. Buna görə də yarışın sonlarında təkərləri tamamilə köhməlib və həm Corc Rassellin, həm də Şarl Leklerin gerisinə düşüb. Beləliklə, Lyuis üçüncü yerdən başladığı yarışda liderlik arzulasa da, sonda 6-cı yerlə barışmalı olub.

Yarışdan sonra danışan Toto Volff bildirib ki, onlar Sinqapur yarışında Lyuis Həmiltona səhv straregiya seçiblər: “Məncə, yarışı səhv oxuduq. Keçmişdə keçirilən Sinqapur yarışlarını nəzərə alaraq, Soft təkərlərin ona üstünlük qazandıracağını düşündük. Bu ötmə etmək üçün yeganə fürsət idi, ancaq səhv qərar verdik və yarışda gerilədik. Qərarın arxasında məntiq olsa da, doğru çıxmadı. Yenə də bu seçimə baxmayaraq maşınımız zəif idi”.

Rauf Hacıyev

Şərh əlavə et