Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən işlənmiş Soft təkərlərlə başlayıb. O, bu həmlə ilə ikinci yerdəki Maks Fetstappenlə birinci yerdəki Lando Norrisi keçməyi ümid edirdi. Ancaq belə olmadı. Yeddiqat Dünya Çempionu rəqiblərinə nisbətən daha tez – 12-ci dövrədə pit-stop etməli olub. Buna görə də yarışın sonlarında təkərləri tamamilə köhməlib və həm Corc Rassellin, həm də Şarl Leklerin gerisinə düşüb. Beləliklə, Lyuis üçüncü yerdən başladığı yarışda liderlik arzulasa da, sonda 6-cı yerlə barışmalı olub.
Lyuis Həmilton yarışdan sonra komanda yoldaşı Corc Rassell kimi müsahibə verməyib. Ancaq daha sonra Mercedes komandası açıqlamanı yayıbdır: “Belə çətin keçən yarışdan sonra hisslərinizi ifadə etmək çətin olur.
Bu il hamı üçün test ili olsa da, hamımız əlimizdən gəldiyi qədər var qüvvəmizlə sürürük. Həmişə işləri düz görmürük və yarışda da strategiyamız bu halda idi.
Bəzən işlər qaydasında getmir. Əsəbpozucu olsa da, bu işdə hamımız bir yerdəyik. Son bir neçə yarışda liderlərə qarşı çox itiririk. Bunun səbəbini anlamağa çalışırıq. Yenə də ən yaxşı gördüyümüz işi görəcəyik. Komanda olaraq bir yerə yığışıb, növbədəki Ostin yarışına köklənəcəyik”.
Şərh əlavə et