Kokpit.az xatırladır ki, meksikalı sürücü şənbə günü təkərlərlə bağlı pronlemlər yaşamış və sıralanma turunda 13-cü yeri tutmuşdu. Lakin o, yarışda 10-cu yerə qədər yüksələ bilib, amma önündəki Niko Hülkenberqi keçə bilməyərək, 1 xala razı olub.
Yarışdan sonra jurnalistlərə müsahibə verən meksikalı sürücü bildirib ki, yarış onun üçün heç də yaxşı keçməyib, amma komanda artıq səhvlərini anlayıb: “Məncə, ilk pitə qədər hər şey yaxşı idi, amma heyif ki, bunu dəyərləndirə bilmədik. Təəssüflər olsun ki, Karlos daha tez pitə gedərək, məni keçdi. Trasda ötmə etmək çətin idi. Bütün yarış ərzində Nikonun arxasında olmaq faciə idi. Çox pis gün idi.
Yenə də geriyə dönüb baxanda nələri səhv etdiyimizi bilirik və Ostində geri dönəcəyik. Görüləsi çox iş var. Bundan sonra stasionar trasa getdiyimizdə bir az daha sürətli olacağımızı düşünürəm. Ümid edirəm ki, Ostin üçün bəzi yeniliklər edəcəyik”.
Qeyd edək ki, Red Bull komandasının Ostindəki yarışa bəzi yeniliklər aparması gözlənilir.
Şərh əlavə et