Xəbəri Kokpitdə Oxuyun!

D.Rikkardo: Nağıl kimi sonluq olmadı

Avstraliyalı pilot Sinqapurda ən sürətli dövrənin sahibi olub. Sinqapur Qran Prisi çox güman ki, onun karyerasında sonuncu yarış olub və Daniel bunu inkar etməyib.

Kokpit.az xatırladır ki, Red Bull-dan ayrıldıqdan bəri getdiyi komandalarda gözlənilənləri verməyən Rikkardonun RB-də Lyam Louson tərəfindən növbəti yarışdan etibarən əvəzlənəcəyi hazırda ən çox danışılan F1 mövzusudur.

Daniel Rikkardo: “McLaren ilə bir müddət əməkdaşlıq etdikdən sonra çempionata niyə qayıtdığımı xatırlatmalıyam. Mən həmişə demişəm ki, yalnız yarışmaq üçün qayıtmaq istəmirəm. Ön cərgədə döyüşmək, bunun üçün Red Bull-a qayıtmaq istəyirdim.

Aydındır ki, bu baş tutmadı, ona görə də indi özümə sual verməliyəm: “Yaxşı, davam etməyə dəyəcək başqa nə əldə edə bilərəm?” Əlimdən gələn hər şeyi etdim, amma deyək ki, nağılın sonunu istədiyim kimi almadım, amma yenə də xatırlamalı olduğum bir şey var.

Karyeram 13 və ya daha çox il davam etdi və fəxr edəcəyim çox şey var. Biz adətən Günün Sürücüsü mükafatını qazanmağa çalışmırıq, lakin deyə bilərəm ki, bu gün bunu həqiqətən yüksək qiymətləndirirəm. Bu gün bu çox şey deməkdir!

Yarışdan danışsaq, dünənki təsnifatdan sonra arxa mövqelərdən yarışa başladıq və başa düşdük ki, nəsə etməyə çalışmalıyıq. Əgər lazımi anda trasa təhlükəsizlik maşını çıxsaydı, bəlkə də irəli gedə bilərdik, amma ümumilikdə Qran Pri zamanı ötmə çətin idi.

Anladığım qədər, çox az adam trasda mübarizə apararaq irəliləyə bilib. Biz aqressiv davranmağa çalışdıq, ona görə də yumşaq təkərlərlə başlamaq qərarına gəldik. Fikirləşdik ki, bəxtimiz gətirsə necə olacaq? Bu alınmadı, sadəcə kifayət qədər sürətli deyildik, yarışda kifayət qədər tempimiz yox idi.

Yukinin bunu necə etdiyini bilmirəm, amma bilirəm ki, o, səkkizinci başlasa da, ilk onluqdan kənarda bitirdi. Yarışın sonuna yaxın mühəndisim bizə ən yaxşı dövrə vurmağa çalışmağı təklif etdi və mən düşündüm: “Niyə də olmasın?” Beləliklə, əgər Maks titulu bir xalla qazanarsa, əla Milad hədiyyəsi alacağıma zəmanət verilir!”

Elçin Zodorov

Şərh əlavə et