Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Təkərlər işimizi çətinləşdirdi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sıralanma turunda təkərlərin performansına görə çox çətinlik çəkib. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü keçən həftə Azərbaycan Qran Prisində yaxşı performans göstərmiş və azarkeşlərini ümidləndirmişdi. Lakin Sinqapur Qran Prisi Çeko üçün istənilən kimi keçməyib. O, sıralanma turunda təkərləri işlədə bilməyib və 13-cü yerlə razılaşıb. 

Serxio Peres sıralanma turundan sonra bildirib ki, təkərlər işçi rejimində düzgün işləməyib və bu problemi həftəsonunun geri qalanında düzəltməyə çalışacaqlar: “Bakıda çox güclü həftəsonu keçirdikdən sonra bura gəldik. Ancaq burada çox çətinlik çəkdik. Birinci sessiyada yaxşı olsaq da, ikinci sessiyada işlərimiz çətinləşdi.

Təkərlərdən gözlədiyimiz performansı ala bilmədik və əylənmədə problem yaşadıq. Bu həftəsonu təkərlərlə çox mübarizə apardıq. Anlamalı olduğumuz çox şey var”.

Rauf Hacıyev

Şərh əlavə et