Kokpit.az xatırladır ki, cümə günündən sonra Ferrari poul üçün ən ideal namizədlərdən biri sayılırdı, amma elə olmayıb. Sıralanma turunun son sessiyasında təkər qızdıran kisələr düzgün işləməyib və buna görə də Şarl çətin anlar yaşayıb. Üstəlik tras limitlərini aşdığı üçün monakolu sürücünün dövrəvi nəticəsi silinib və o, 9-cu yerlə razılaşmalı olub.
Şarl Lekler sıralanma turundan sonra çox məyus olduğunu deyib: “Həftəsonu ərzində heç yaşamadığımız problemlə üzləşdik. Ön təkərin qızdırıcıları düzgün işləmədi. Pitdən çıxanda ön təkərlər çox soyuq idi və temperaturu artırmaq üçün bir az limitlərdə sürməli oldum. Belə halla qarşılaşmamışdıq”.
Şarl Leklerdən yarış barədə proqnozları soruşulub: “6 ya da 5. Əgər möcüzə olsa, üçüncü yeri tutarıq”.
Qeyd edək ki, sıralanma turunun son sessiyasında qəza edən Karlos Sayns yarışa Şarl Leklerin yanından – 10-cu yerdən başlayacaq.
Şərh əlavə et