Kokpit.az xatırladır ki, avstraliyalı sürücü dünən sıralanma turunda zəif performans göstərmiş və poul qazanmış komanda yoldaşı Lando Norrisdən 0.4 saniyə geri qalaraq, beşinci olmuşdu.
Lakin gənc pilot Marina Baydakı yarışda yaxşı performans göstərərək, üçüncü yeri tutub və növbəti podiumunu qazanıb.
Oskar Piastri yarışdan sonra komandasının strategiyasına təriflər yağdırıb: “Sıralanma turundan sonra yarışda özümüzə gələ bildik. Yarış bizim üçün yaxşı keçdi.
Dünən ən yaxşı günlərimdən biri deyildi. Buna görə də yarışı podiumda bitirmək yaxşı nəticədir. Bolidimiz doğrudan da sürətli idi və Mercedes-i keçmək üçün yaxşı strategiya seçdik.
Komandaya çox təşəkkür edirəm. Bu həftəsonu açıq formada ən yaxşı maşın bizdə idi. Bu dəfə divarlara çırpılmadım, amma birinci döngədə Corc ilə çox yaxınlaşmışdıq.
Üçüncü yerə yüksəldikdən sonra böyük fərq bağlamalı idim. Çox riskə getmək istəmədim. Son iki həftədə divarlara çox toxunduğumu hiss etdim”.
Şərh əlavə et