Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Marina Bay trasındakı sıralanma turunun son sessiyasında ideal dövrə vura bilməyib və poul qazanmış komanda yoldaşı Lando Norrisdən 0.4 saniyə geridə qalaraq, 5-ci yeri tutub.
Sıralanma turundan sonra müsahibə verən Oskar Piastri bildirib ki, təkərin yeyilməsinə nəzarət edə bilmədikləri üçün poul uğrunda mübarizə apara bilməyiblər və buna görə də çox məyusdur. Gənc pilot yarışda komanda yoldaşı Lando Norrisə kömək edə bilməyəcəyi üçün çox üzgün olduğunu deyib: “Sıralanma turu çox çətin idi. Sıralanma turunun ikinci sessiyasında çox rahat idim, amma üçüncü sessiyada işlər qaydasında getmədi.
Poul uğrunda mübarizə apara bilərdim, amma xırda bir səhv bütün dövrəmi məhv etdi. Landoya kömək edə bilməmək çox məyusedici haldır, amma göstərdiyim performansa görə daha çox məyus oluram”.
Şərh əlavə et