Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton Ferstappeni dəstəkləyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Sinqapurda mətbuat konfransında söyüş söyən və buna görə ictimai cəza alan Maks Ferstappenə dəstək olub və rəqibinə deyib ki, o cəzanı diqqətə alma. 

Kokpit.az xatırladır ki, Maks Ferstappen Sinqapurda cümə axşamı keçirilən mətbuat konfransında qeyri-etik sözlərdən istifadə etdiyi üçün FİA ona ictimai cəza verib. 

Lakin niderlandlı sürücünün əzəli rəqibi və yeddiqat Dünya Çempionu Lyuis Həmilton onu dəstəkləyib və deyib ki, bu cəzanı diqqətə alma: “Düzünü desəm, bu əsl zarafat kimidir. Bura avtoidmanın zirvəsidir və əlbəttə, səhvlər olur. Ferstappenin yerinə olsaydım, verilən bu cəzanı yerinə yetirməzdim. Ümid edirəm ki, o da mənim kimi düşünür”.

Rauf Hacıyev

Şərh əlavə et