Xəbəri Kokpitdə Oxuyun!

Emiliya Romanyada qalib Bastyanini olub

MotoGP üzrə Emiliya Romanya Qran Prisinin qalibi son dövrədə Xorxe Martini aqressiv hücumla keçən Enea Bastyanini olub. O, Ducati-yə 100-cü qələbəni və 2024-cü ildə Mühəndislər Kubokunu qazandırıb. 

Kokpit.az bildirir ki, Ducati-nin ikiqat Dünya Çempionu sürücüsü Françesko Banyaya yarışın bitməsinə yeddi dövrə qalmış əylənmə zamanı asfaltla ilişməni itirib və bu il yeddinci dəfə mübarizəni vaxtından əvvəl dayandırıb. Bununla da, Xorxe Martin ikinci olaraq çempionatda fərqi 24 xala yüksəldib. 

Martin bütün yarış ərzində Bastyaninin təzyiqi altında olub. İki sürücü yarışın əvvəlində yavaşlayan Banyayanı keçdikdən sonra mübarizəyə başlayıblar. Bastyanini son dövrənin 14-cü döngəsində Xorxe Martini keçərək, liderliyi alıb. Eneanın bu qələbəsindən sonra Ducati komandası Markalar Çempionluğunu təmin edib.

Mark Markes isə yarışda dördüncü yerdə olsa da, Banyayanın qəzasından sonra üçüncü yerə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et