Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Ferstappenə qarşı üstünlüyümüz var

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, nəticədən razıdır. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Sinqapurdakı sıralanma turunda 4-cü yeri tutub və pouldakı Lando Norrisdən 0.3 saniyə geridə qalıb. O, üçüncü sərbəst yürüşlərdə ikinci olmuş və sıralanma turunda poul üçün əsas namizədlərdən birinə dönmüşdü. 

Sıralanma turundan sonra açıqlama verən Corc Rassell bildirib ki, performansı qeyri-stabildir və Lando Norris yarışa öndə başlayıb fərqi açacaq. Britaniyalı sürücü əlavə edib ki, Maks Ferstappenə qarşı strateji üstünlükləri olacaq.

Corc Rassell: “Günün əvvəlində bu nəticəni böyük məmnuniyyətlə qəbul edərdim. Ancaq üçüncü sərbəst yürüşlərdən sonra mənə bu nəticəni versələr, heç qəbul etməzdim. Sıralanma turunun birinci sessiyasının əvvəlində isə yalvarardım.

Lando əgər yarışı öndə başlayıb, fərqi aça bilsə, o zaman Maksa qarşı strateji üstünlüyümüz olacaq”.

Qeyd edək ki, Mercedes komandasının sürücüləri Lyuis Həmilton və Corc Rassell sıralanma turunda müvafiq olaraq 3 və 4-cü yerləri tutublar. Buna görə də birlikdə strategiya qurma şansları var.

Rauf Hacıyev

Şərh əlavə et