Kokpit.az xatırladır ki, Boom XB-1 kiçik olçülü təyyarədir və Boom Supersonic şirkətinin əsas layihəsi – səsdən sürətli Boom Overture təyyarəsinin hazırlanması prossesində məlumatların əldə edilməsi üçün vacib rol oynayır.
Test üçün xüsusi şərait hazırlanıb və təyyarə 2.78G təzyiqdə asanlıqla dönmə manevrini yerinə yetirib. Qeyd edək ki, Overture səsdən sürətli uçarkən bu təzyiqə heç də həmişə rast gəlməyəcək.
Təyyarə həm də 417 km/saat sürətlə asfalta yaxınlaşıb yenidən qalxmaq sınağından üzüağ çıxıb. Qeyd edək ki, əvvəlki testlərdə bu əməliyyat uğursuz olmuşdu. Digər bir neçə sınaq da istənilən nəticəni verməmişdi.
Testlər bundan sonra da davam edəcək. Məqsəd 2029-cu ildən etibarən istehsalı planlaşdırılan Boom Overtune modelinin tamamilə təhlükəsizliyidir.
Şərh əlavə et