Kokpit.az xatırladır ki, sprint yarışından əvvəl Xorxe Martin rəqibi Françesko Banyayanı 7 xal fərqlə qabaqlayaraq, lider idi. Lakin yarışın bitməsinə 6 dövrə qalmış yarışda lider olan Xorxe Martin səhv edib və Françesko Banyaya onu keçərək, sprint yarışını qazanıb və xal fərqini dördə endirib.
Yarışda üçüncü yeri Ducati-nin baza komandasının şərəfini qoruyan Enea Bastyanini tutub. Mark Markes isə dördüncü yer uğrunda Pedor Akosta ilə mübarizə aparıb və öndə qala bilib.
Françesko Banyaya yarışa pouldan başlasa da, eynilə iki həftə əvvəl olduğu kimi startda Martin və Bred Binderin gerisinə düşüb. Lakin qısa müddətdən sonra Bred Binderi geridə buraxıb.
Daha sonra Françesko Banyaya və Xorxe Martin liderlik uğeunda mübarizəyə başlayıblar və yarışın ortasında iki sürücü arasında mübarizə son həddə çatıb. Martin tras limitlıri ilə bağlı xəbərdarlıq aldıqdan sonra diqqətini itirib və səhv edərək Françesko Banyayaya keçilib. Bundan sonra Banyaya builki növbəti sprint yarışını qazanıb.
Şərh əlavə et