Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Görüləsi işlər var

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar Sinqapur Qran Prisinə yaxşı başlasalar da, görüləsi çox işləri var. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Sinqapur Qran Prisinin birinci sərbəst yürüşlərində zirvədə olub. İkinci sərbəst yürüşlərdə isə ikinci yeri tutub. Ferrari komandasının sürücüsü hər iki sessiyada da rəqabətədavamlı görünüb. 

Cümə sərbəst yürüşlərindən sonra jurnalistlərin suallarını cavablayan Şarl Lekler bildirib ki, boliddə özlərini yaxşı hiss etmələri üçün görüləcək çox işləri var və balans taparaq sabahkı sıralanma turunda hər şeyi bir araya gətirməlidirlər: “Boliddə yaxşı hiss edirdim, ancaq tam istədiyim kimi yaxşı hiss etmək üçün önümüzdə görüləcək çox iş var. Yaxşı başlamışıq. İndi isə doğru balansı tapmalı və şənbə günü sıralanma turunda hər şeyi bir araya gətirməliyik.

Həftəsonunun geri qalanında havanın vəziyyəti dəyişkən olacaq. Buna görə də hər şəraitə sürətlə öyrəşməliyik. Şənbə günü yenidən eyni fərqi görsəm, təəccüblənərəm. Sıralanma turunda komandaların necə performans göstərəcəyini görmək çox maraqlı olacaq”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et