Xəbəri Kokpitdə Oxuyun!

Norris yenə hamıdan sürətlidir

Formula 1 üzrə Sinqapur Qran Prisinin üçüncü sərbəst yürüşlərində Lando Norris hamıdan sürətli olub. İkinci yeri Corc Rassell, üçüncü yeri Oskar Piastri tutub. 

Kokpit.az bildirir ki, Sinqapur Qran Prisinin üçüncü sərbəst yürüşləri buludlu havada başlayıb. Sessiyadan əvvəl yağış yağdığı üçün trasda ilişmə az idi. 

Aston Martin komandasının sürücüləri trasa hamıdan əvvəl çıcıblar, amma sadəcə qızdırma dövrəsi vurublar. Trasa kərtənkələ girdiyi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb və tras təmizlənib. Sessiyada 12 dəqiqə geri qaldıqdan sonra qırmızı bayraqlar yığışdırılıb və sessiya yenidən başlayıb.

Trasa çıxan əksər  sürücülər Medium təkərləri seçiblər. Sauber komandasının sürücüləri isə Soft tərkibi götürüblər. İlk dövrələrdən sonra Ferstappen, Norris, Hülkenberq, Piastri və Rassell beşlikdə olublar.

Sessiyanın yarısı geridə qaldıqdan sonra Lekler 1.31.525 zaman nəticəsi iləz irvəyə yüksəlib. Onu Ferstappen, Norris, Həmilton və Rassell izləyiblər.

Sessiyanın sonuna 20 dəqiqə qalmış Lekler, Sayns, Ferstappen, Norris və Həmilton ilk beşliyi təşkil edirdilər. Bundan sonra sürücülər Soft təkərlərə keçiblər və sıralanma tempində işləməyə başlayıblar. Soft təkərlə ilk dövrəvi nəticə Rasselldən gəlib və o 1.30.125 zaman nəticəsi ilə zirvəyə oturub. Onu 0.306 saniyə geridə qalan Oskar Piastri izləyib. Üçüncü yerdəki Lyuis Həmilton isə Şarldan 0.739 saniyə geridə qalıb. Maks Ferstappen soft təkərlə atdığı dövrə ilə Rasselldən 0.515 saniyə geridə qalaraq, üçüncü yeri tutub. Daha sonra isə Lando Norris 1.29.646 zaman nəticəsi ilə zirvəni Rasselldən alıb və 90 saniyənin altına düşüb.

Sessiyanın sonuna qədər Lando Norrisin bu nəticəsini yaxşılaşdıran olmayıb və britaniyalı sürücü sessiyanı birinci yerdə bağlayıb. Onluq belə olub – Norris, Rassell, Piastri, Ferstappen, Lekler, Sayns, Həmilton, Elbon, Kolapinto və Alonso.

Sinqapur Qran Prisinin sıralanma turu Bakı vaxtı ilə 17:00-da baş tutacaq.

Rauf Hacıyev

Şərh əlavə et