Kokpit.az xatırladır ki, ilk məşqlərdə Şarl Lekler, sonrakı iki məşqlərdə isə Lando Norris hamıdan sürətli olub. Pirelli bura ən yumşaq 3 təkəri – C3, C4 və C5 tərkiblərini gətirib. Buna baxmayaraq, hamı asfaltla ilişmənin olmamasından şikayətlənib.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Sayns ilk döngədə səhv yola girib və stüardlar bunu araşdıracaqlar. Norris 1:30.002 ilə birinci olub. Nəticələr çox sıx olub. Çjou, Bottas, Qasli, Stroll və Rikkardi sıralanma turu ilə erkən vidalaşıb.
İkinci sessiyada Fersrappenin ilk nəticəsi tras hüdudlarını pozduğu üçün silinib. Əvvəlcə Həmilton, sonra Ferstappen, ən sonda isə Piastri zirvəyə qalxıb. Norris sürətli dövrəsini yarımçıq qoyaraq pitə qayıdıb. Okon, Maqnussen, Peres, Kolapinto və Elbon ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı iki cəhdə arxalanıb. Hülkenberq, Tsunoda və Alonso işlənmiş təkərlərlə trasa çıxıblar. Bir qədər sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Saynsın son döngədəki qəzası olub. İspan sürücü maşını özü tərk edib və icazəsiz trasdan keçib. Ferstappenin nəticəsi sarı bayraqlarda yavaşlamadığı üçün ləğv edilib.
Fasilədən sonra hamı trasa çıxıb və poul uğrunda gərgin mübarizə başlayıb. Leklerin nəticəsi tras hüdudlarını pozduğu üçün ləğv edilib. Norris isə əsas məqamda çempionatdakı əsas rəqibini üstələyərək birinci olub.
Lando Norris mövsümdə beşinci, karyersında isə altıncı poulunu qazanıb. Sabahkı yarışa onun yanından Maks Ferstappen başlayacaq. Mercedes sürücüləri ikinci, Piastri və Hülkenberq isə üçüncü sıradan yarışa başlayacaqlar.
Bizi sabah Bakı vaxtı ilə 16:00-da olduqca maraqlı yarış gözləyir…
Şərh əlavə et