Kokpit.az xatırladır ki, Azərbaycan yarışında Oskar Piastri qalib gəldikdən sonra McLaren-in arxa qanadı müzakirələrə səbəb olmuşdu. Buna görə də McLaren arxa qanad dizaynını dəyişdirəcəyini açıqlayıb
Video görüntülərdə yüksək sürətdə arxa qanadın üst hissəsinin tərpəndiyi görünmüşdü. Bu hal bolidin aerodinamik gücünü artırır və düzlük sürətini yüksəldirdi.
Bu dizayn FİA-nın bütün testlərindən keçsə də, onlar McLaren-dən kiçik dəyişikliklər etmələrini istəyiblər.
McLaren komandası bu barədə belə açıqlama verib: “Bakıdakı arxa qanadımız qaydalara uyğun idi və FİA-nın bütün yellənmə testlərindən keçmişdi. Buna baxmayaraq FİA ilə aparılan danışıqlardan sonra qanadda bəzi kişik sazlanmalar etməyə qərar verdik”.
Şərh əlavə et