Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Maşın yaxşılaşır

Niderlandlı sürücü Zandfortdakı yarışdan sonra ilk dəfə ön cərgəyə qayıdıb.

Kokpit.az xəbər verir ki, Maks sabah yarışa ikinci yerdən başlayacaq və Lando Norrisin pis startlarını nəzərə alsaq, liderliyə yüksəlmək üçün əla şansı var.

Maks Ferstappen: “Düşünürəm ki, sıralanma turu bizim üçün çox yaxşı keçdi. Maşın hər cəhddə daha da yaxşılaşır və cümə günü olduğumuz formada qaldığımız, ön cərgəyə vəsiqə qazandığım üçün şadam.

Final çətin keçdi. İlk dövrəmə ikiqat sarı bayraqlara görə icazə verilmədi. Bundan sonra, demək olar ki, hər kəs kimi, mənim də yalnız bir cəhdim qaldı, ona görə də onu korlamaq istəmədim – trasın hədlərini aşmamaq vacib idi. İkinci nəticə əldə edə bildim və buna sevinirəm.

Təsnifat mərhələsində təkərlərlə bağlı problem yox idi, amma sabah nə olacağını görəcəyik. Sinqapurda hər şey baş verə bilər. Amma ən azı ikinci yerdən başladığımız üçün şansımız var”.

Elçin Zodorov

Şərh əlavə et