Kokpit.az xatırladır ki, Sinqapur Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekler hamıdan sürətli olub. Lando Norris isə ikinci yeri tutub. İkinci sərbəst yürüşlərdə isə tam tərsi olub – Norris bu dəfə zirvədə olub və Şarl Lekler ikinci yeri tutub.
Britaniyalı sürücü cümə sərbəst yürüşlərindən sonra bildirib ki, Ferrari və Şarl Lekler şəhər tipli traslarda güclüdür və Ferrari ilə olan mübarizələrində doğru yoldadırlar. Bundan başqa Lando Norris bildirib ki, hər iki sessiyada da atdığı dövrələrdən razı qalıb.
Lando Norris: “Məncə, Ferrari ilə mübarizə aparmaq üçün lazımi hər şeyi edirik. Yaxşı bir dövrə vurduğumu düşünürəm, amma Şarlla Ferrari məndən daha sürətli idilər. Sözün açığı ümid edirdim ki, daha bpyük üstünlüyüm olsun. Bu da o deməkdir ki, onlar bizdən daha sürətlidir. Amma yenə də bizim üçün uşlər qaydasında gedir. Şarlın şəhər tipli traslarda çox güclü olduğunu bilirik. Monte Karlo və Bakı yarışlarında da bunu göstərdi”.
Şərh əlavə et