Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Sinqapur bizə uyğun deyil

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Sinqapur Qran Prisindən onları çox çətin həftəsonu gözləyir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan yarışında 6-cl yeri tutduqdan sonra Sinqapura da böyük hədəflərlə yollanmışdı. Lakin o, Marina Bay trasındakı birinci sərbəst yürüşlərdə 9-cu, ikinci sətbəst yürüşlərdə 12-ci, üçüncü sərbəst yürüşlərdə isə 10-cu yeri tutub.

İkiqat Dünya Çempionu Fernando Alonso bildirib ki, Sinqapur trasının quruluşu onların bolidinə uyğun deyil. 43 yaşlı sürücü Bakıdakına bənzər problem yaşasalar da, əllərindən gələni edəcəklərini və Sinqapurdan da yaxşı xallar qazanmağı hədəflədiklərini deyib.

Fernando Alonso: “Sinqapurda atdığınız hər dövrə risklidir. Çox gərgin cümə günü keçirdik. Bolidimizin xarakteriskasına görə bu trasda bir az çətinlik çəkdik.

Bakıda da eyni şeyi düşünmüşdük, amma yenə də yaxşı xallar qazandıq. Buna görə də sıralanma turunda əlimizdən gələni edəcəyik.

Bolidimizin çox güclü nöqtəsi yoxdur. Sinqapurda sürətlənməyə çox ehtiyac var və o da bizim maşında yoxdur. Çətin olacaq, amma ümid edirəm ki, xal qazanmaq mümkün olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et