Xəbəri Kokpitdə Oxuyun!

Banyaya vətənində rekordla poul qazanıb

MotoGP üzrə Emiliya Romanya Qran Prisində Françesko Banyaya Misanida dövrəvi rekodr qıraraq, poul qazanıb. 

Kokpit.az bildirir ki, Misanoda keçirilən sıralanma turunda Françesko Banyaya 1.30.286 zaman nəticəsi ilə dövrəvi rekord qırıb və poul qazanıb. O, çempionatdakı əsas rəqibi Xorxe Martini 0.214 saniyə qabaqlayıb. Martin isə son cəhdində komanda yoldaşı Franko Morbidelliyə ilişib və tempini itirib. 

Sıralanma turundan sonra Xorxe Martin bildirib ki, Pekko ilə templəri çox yaxındır və onları çox çətin yarış gözləyir. Bu isə mübarizənin çox sıx olacağına işarədir.
Üçüncü yeri isə digər Ducati sürücüsü Enea Bastyanini tutub və ilk cərgəni tamamlayıb. KTM komandasının sürücüləri Bred Binder və Pedro Akosta isə müvafiq olaraq 4 və 5-ci yerləri tutublar. VR46 komandasından Marko Bezzekki isə altıncı yeri tutub. Mark Markes üçüncü sərbəst yürüşlərdən sonra sıralanma turunda da yıxılıb və yeddinci yerə razı olub.
Bundan başqa KTM komandasından Cek Miller 19-cu yeri tutub. Aleks Markes isə birinci sessiyada qəza etdikdən sonra 21-ci yerlə razılaşıb.

Rauf Hacıyev

Şərh əlavə et