Kokpit.az xatırladır ki, Emiliya Romanya Qran Prisinin şənbə sərbəst yürüşlərində gözlənilməz nəticələr olub. Yamaha komandasının sürücüsü Fabio Kuartararo güclü rəqibləri Françesko Banyaya və Mark Markesi geridə buraxaraq liderliyi ələ keçirib. Sessiyanın sonlarına foğtu Pedro Akosta son cəhdində Fabio Kuartararonu 0.004 saniyə geridə qoyaraq sərbəst yürüşləri zirvədə tamamlayıb.
Bundan başqa Mark Markes Softə təkərlərlə atdığı dövrə hesabına sessiyanın yarıdan çoxunda lider olub. Ancaq ispaniyalı Dünya Çempionu daha sonra 14-cü döngədə qəza edib.
20 dərəcə temperatura görə sprint və əsas yarışın təkəri olan Medium ön təkərdən istifadə edilməyib. Markes və Akosta Soft ön təkərlərlə dövrələr vurublar. Dünən qızdırması olduğu üçün cümə sərbəst yürüşlərini buraxan Aleks Rins isə şənbə günü trasa qayıtsa da, sonuncu yeri tutub.
Şərh əlavə et