Kokpit.az xatırladır ki, monakolu sürücü Azərbaycan yarışına pouldan başlasa da, pit-stoplardan sonra Oskar Piastrinin hücumlarına tab gətirə bilməyib və avstraliyalı rəqibinə keçilərək ikinciliyə razı olub.
Sinqapur Qran-Prisindən əvvəl mətbuat konfransında danışan Şarl Lekler bildirib ki, Bakıda yarışı ikinci yerdə bitirmələrinə bir neçə faktor səbəb olub. Bu faktorlardan ən əsasları isə pit-stop strategiyası və soyuq təkərlərlə pitdən çıxarkən itirdikləri vaxt olub. Bu iki faktor yarışda qələbənin əldən getməsinə əsas səbəbdir.
Şarl Lekler: “Yarışı pit-stopda əldən verdik. Çıxış dövrəsində çox vaxt itirdik və bəlkə də pitə çox gec gəldik. Bu iki faktor birləşəndə soyuq təkərlərlə qaldıq. Pitdən soyuq təkərlərlə çıxarkən çox təzyiq altında qaldıq və vəziyyətə nəzarət etmək çox çətin idi. Bundan başqa düzlük sürəti də gözlədiyimiz kimi deyildi. Bir neçə faktor birləşəndə ikinci yeri tutduq, amma öyrənməyə davam edirik”.
Şərh əlavə et