Kokpit.az xatırladır ki, avstraliyalı sürücü KTM komandasına 2023-cü ildə transfer olunmuşdu. Lakin Avstriya komandası 29 yaşındakı sürücü ilə müqavilə uzatmaq istəməmiş və onun MotoGP karyerası təhlükə ilə üz-üzə qalmışdı. Ancaq Cek özünə komanda tapıb və növbəti mövsümdən etibarən Pramac Yamaha ilə yarışacaq. Beləliklə gələn ilin peletonu tamamilə məlum olub.
Yamaha komandasının rəhbəri Lin Carvis bu keçidin rəsmi təsdiqindən sonra bunları deyib: “Cekin Prima Pramac Racing-in heyətinə qatılmasını sizə xəbər verdiyimiz üçün sevincliyik. Ona Yamaha MotoGP qrupuna xoş gəldin deyirik.
Cek MotoGP kateqoriyasında üç fərqli istehsalçı ilə 10 il yarışıb və o, Yamaha üçün çox dəyərli sürücü olacaq. Onun sürəti, savadı, iş əxlaqı və komanda ruhu 2025-ci ildə və sonrasında M1-in planlaşdırılan inkişafı çox dəyərli olacaq. Yamaha ona əlindən gəldiyi qədər dəstək verəcək”.
Şərh əlavə et