Kokpit.az xatırladır ki, Azərbaycan yarışından sonra McLaren komandasının arxa qanadının düzlüklərdə açıldığı və mini DRS effekti verdiyi görülüb. Bundan sonra FİA “narıncılar”ın arxa qanadını araşdırmağa başlayıb.
Oskar Piastri arxa qanad barədə bunları deyib: “Bu leqaldır. Yəni ki, testlərdən keçdiyi üçün problem yoxdur. Davamlı bizi test edirlər və bu testləri keçirik. Bu güclü olmağımızın səbəbi deyil. Testlərdən keçdiyimiz üçün sevincliyəm”.
Oskar Piastri komanda əmrləri barədə suallara da cavab verib: “Lando hələ də çempionatda öndədir və düzünü desəm, Sürücülər Çempionatını qazanmaq üçün daha real şansı var.
Bakıda necə yarışmaq istədiyimizi göstərdik. Lando Bakıda mənə kömək etdi və bu, yarışma ənənəmizi mükəmməl formada göstərdi.
Qalib gəlmək istəyirəm, amma Landonun çempionluq uğrunda mübarizəsinə kömək edə bilsəm, çox sevinərəm”.
Şərh əlavə et