Kokpit.az bildirir ki, MotoGP üzrə 2024-cü il mövsümünün 14-cü mərhələsi olan Emiliya Romanya Qran Prisi Misano trasında cümə sərbəst yürüşləri ilə başlayıb.
Mark Markes keçən yarış San Marinoda qazandıqdan sonra Emiliya Romanya Qran Prisinə də sürətli formada başlayıb və birinci sərbəst yürüşlərdə zirvədə olub.
Sessiya yağışlı havada başlayıb və sessiyanın yarısına qədər bir neçə sürücü dövrəvi nəticə göstərib. Lakin Mark Markes 1.32.082 zaman nəticəsi ilə zirvəyə oturub və çempionatın lideri Xorxe Martini 0.063 saniyə qabaqlayıb. Üçüncü yeri digər Pramac sürücüsü Franko Morbidelli tutub. Son iki ilin Dünya Çempionu Françesko Banyaya isə birinci sessiyadan sonra 4-cü yerdə qərarlaşıb.
Şərh əlavə et