Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen cərimələnib

Red Bull komandasının sürücüsü Maks Ferstappen Sinqapur Qran Prisinin mətbuat konfransında söyüş söydüyü üçün cərimələnib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü mətbuat konfransında bolidi barədə xoşagəlməz sözlər işlədib. Bu isə o. deməkdir ki, niderlandlı sürücü Beynəlxalq İdman Qaydalarının 12.2.1 maddəsini pozub. Bu maddə ilə FİA hamıya açıq platformalarda dil standartlarını  pozan şəxslərə cəzalar verilir. Bu maddə FİA-nın ictimai və açıq platformalarda dil standartlarını tənzimləyir. 

FİA ilə danışıqlardan sonra Maks Ferstappenə ictimai cəza verildiyi bildirib. Niderlandlı sürücü isə bildirib ki, dil onun ana dili olmadığı üçün səhv edib və üzr istəyib.

Rauf Hacıyev

Şərh əlavə et