Xəbəri Kokpitdə Oxuyun!

Lekler Sinqapurda sürətli başlayıb

Formula 1üzrə Sinqapur Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekler hamıdan sürətli olub. Onu Lando Norris və Karlos Sayns izləyiblər.

Kokpit.az xatırladır ki, Marina Bay trasındakı birinci sərbəst yürüşlər buludlu hava şəraitində keçib. Trasa çıxan bəzi sürücülər Medium, bəzi sürücülər isə Hard təkərləri seçibləblər. 

İlk beş dəqiqədən sonra Hard təkərlərlə dövrə vuran Lyuis Həmilton 1.36.128 zaman nəticəsi ilə liderliyə yüksəlib. Lakin qısa müddətdən sonra Lando Norris 1.35.522-lik dövrəvi nəticə ilə liderliyi ələ alıb. Daha sonra sürücülər ardıcıl dövrələrlə zirvəyə yüksəlib, amma sessiyanın 10 dəqiqəsi geri qalarkən Lando Norris son sektoru hamıdan sürətli keçərək, 1.33.903 zaman nəticəsi ilə yenidən liderliyi ələ keçirib. Bu anda trasa çıxmayan iki sürücü var idi – Daniel Rikkardo və Oskar Piastri.

Serxio Peres sürətli dövrə vurarkən təkərləri bloklayaraq qaçış sahəsinə çıxıb və trasda qısa müddət də olsa, sarı bayraqlar sallanmağa başlayıb. Meksikalı sürücü trasa qayıdarkən Oskar Piastrinin önünə çıxıb və avstraliyalı sürücü sürətli dövrəsini yarıda saxlamalı olub.

Ferrari komandasından Şarl Lekler Hard təkərlə 1.32.702 zaman nəticəsi göstərib və liderliyi Norrisin əlindən alıb. Lakin sessiyanın bitməsinə 32 dəqiqə qalmış Soft təkərlə dövrə vuran Lando Norris yenə də birinciliyi özünə qaytarıb.

Daha sonra pilotlar Soft təkərlə keçərək ardıcıl sürətli dövrələr vurmağa başlayıblar. Demək olar ki, bütün sürücülər Sodt təkərlərlə dövrələrini vurduqdan sonra beşlik belə olub – Norris, Sayns, Tsunoda, Ferstappen və Elbon.

Sessiyanın bitməsinə 10 dəqiqə qalmış Lekler Soft təkərlə 1.31.763 zaman nəticəsi göstərib və Norrisi 0.076 saniyə qabaqlayaraq yenidən liderliyə yüksəlib. Monakolu sürücünü Norris, Sayns, Ferstappen və Tsunoda izləyiblər.

Azərbaycan yarışınıb qalibi Oskar Piastri isə sessiyanın bitməsinə 8 dəqiqə qalmış 10-cu döngənin çıxışında bariyerlərə təmas edib, amma zədə almadan yoluna davam edə bilib.

Sessiyanın sonuna qədər Şarl Leklerin ən sürətli dövrəsini keçə bilən olmayıb və monakolu sürücü Sinqapurda birinci sərbəst yürüşlərdə zirvədə yer alıb.

Leklerdən sonra onluq belə olub: Norris, Sayns, Ferstappen, Tsunoda, Piastri, Rikkardo, Elbon, Alonso, Okon.

Rauf Hacıyev

Şərh əlavə et