Kokpit.az xatırladır ki, McLaren-in arxa qanadı Azərbaycan yarışında düzlüklərdə açılmış və mini DRS effekti yaratmışdı. Yarışdan sonra həm Red Bull, həm də Ferrari “narıncılar”ın bu arxa qanadına etiraz etmişdilər.
Almaniya mətbuatının xəbərinə görə FİA etirazları dəyərləndirib və qanad kənarlarının yellənməsinin qaydalara zidd olduğunu bildiriblər. Onlar McLaren-dən arxa qanada modifikasiya etmələrini tələb ediblər.
Arxa qanadın müəyyən sürətdə yuxarı doğru bükülən kənarlarının 10 santimetrlik qismi qaydalara uyğun gəlmir və McLaren bu hissələrə modifikasiya etməlidir.
Qanad statik testləri keçsə belə düzlüklərdə kənarların açılmasına icazə verilməyəcək.
Şərh əlavə et