Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, hazırda vəziyyətləri yaxşı deyil, amma Azərbaycandakı yarışdan xal aldıqları üçün hazırda motivasiyaları var.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan yarışında 6-cı yeri tutmuşdu. Bu həftəsonu isə onlar Sinqapurda yarışacaqlar və ikiqat Dünya Çempionu bildirib ki, Azərbaycandan sonra əhvalları yüksəkdir. 

Fernando Alonso: “Sinqapur böyük ehtimalla çempionatın fiziki cəhətdən ən çətin yarışıdır. Buna görə də yarışa yaxşı köklənməli və həftəsonuna yaxşı başlamaq üçün cümə günü yaxşı sazlanma tapmalısınız.
Bu həftəsonu çox pozitivəm. Bakıdakı yarış hər kəs üçün motivasiya qaynağı oldu. Bakıda son həftələrə nisbətən yaxşı performans göstərsək də, Sinqapurda daha yaxşı nəticə istəyirik”.
Fernando Alonso əlavə edib ki, o, Aston Martin-in hazırkı vəziyyətindən razı deyil: “Bakıda qazandığımız nəticə yaxşı idi, amma hesablarımıza görə hazırda ən güclü yeddinci komandayıq və bu vəziyyətdən heç də razı deyilik. Yəni ki, hələ də temp tapmalıyıq. Bolidin hazırda istədiyimiz yerdə olduğuna düşünmürəm”.

Rauf Hacıyev

Şərh əlavə et