Kokpit.az xatırladır ki, Red Bull komandası son dövrlərdə çətinliklərlə üz-üzə qalıb. “Qırmızı öküzlər” son 7 yarışda qələbə üzünə həsrət qalıblar və bunların sadəcə 2-də podium qazana biliblər. Buna görə də Red Bull komandası mövsümün geri qalanında rəqabətədavamlı olmaq üçün Sinqapur və ABŞ yarışlarında planlaşdırdığı REBL CUSTOMS xüsusi rəng çalarından istifadə etməyəcək.
REBL CUSTOMS tərəfindən dizayn edilən və RB20-də tətbiq edilməsi gözlənilən rəng çalarının bolidin çəkisini artıracağı müəyyən edilib. Açıqlamada belə deyilib: “Bu xüsusi rəng çalarıdır. RB20-yə lazımsız və gözlənilməz ağırlıq verir. Bildiyini kimi əlavə çəki bolidin performansına pis təsir edir. Komanda 2024-cü ilin qalanında bolidin daha güclü olmasına üstünlük verir”.
Şərh əlavə et