Kokpit.az bildirir ki, RB komandası gecə keçiriləcək Sinqapur Qran Prisində sponsoru və geyim tərəfdaşı Hugo tərəfindən xüsusi olaraq hazırlanan denim efektli dizaynla yarışacaq.
Bolidin burun hissəsi və saydpodlar açıq mavi, daşlanmış denim örtüyü ilə diqqəti cəlb edir və bu dizaynd cırıqlar, yeyilmiş kənar xırdalıqları da var. Tünd mavi denim örtük qanadların uclarında və ümumilikdə ağ xəttin olduğu yerlərdə istifadə edilib və yanlarda da davam edir. İki rəngi bir-biri ilə əlaqələndirmək üçün dizayna tikiş effekti də verilib. Kokpit, halo və motor qapağının ətrafında gümüşü mavi və gümüşü rənglər isə olduğu kimi qalıb.
Komandanın loqotipi isə bolidin burnuna və arxa qanadın uc hissəsinə yerləşdirilən dəri effektli bir yamaq üzərindədir. Motor qapağında isə fermuar detalına yer verilib və bu da 1999-cu ilin BAR komandasının dizaynını xatırladır.
Denim motivinə RB-nin boksdakı mebellərinə də yer veriləcək və həm Daniel Rikkiardo, gəm də Yuki Tsunoda həftəsonu ərzində xüsusi kombinezonlarla yarışacaqlar.
Qeyd edək ki, Hugo böyük dəb brendi Hugo Boss-un yarısını təşkil edir və ilin əvvəlində komandanın adı dəyişəndən sonra RB komandasına ortaq olaraq qatılıb. Hətta bəzi iddialara görə alman geyim brendi komandanın titul sponsoru olmaq istəyirdi. Ancaq bunun əvəzinə Hugo komandanın geyim və kombinezon təminatçısı olaraq daha kiçik rol tutmaq qərarına gəlib. Hugo-nun qardaşı firması olan Boss isə Aston Martin komandasında sponsordur.
Qeyd edək ki, Hugo boss daha əvvəl McLaren və Mercedes komandaları ilə də tərəfdaş olmuşdu.
Şərh əlavə et