Xəbəri Kokpitdə Oxuyun!

Norris yenə əsas favoritdir

Unibet bukmeyker kontoru qarşıdan gələn Sinqapur Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

Kokpit.az xəbər verir ki, bukmeykerlər Bakıda gözlənilən nəticəni əldə edə bilməyən Lando Norrisi yenə də yarışın əsas favoriti elan ediblər. Onun ən yaxın izləyiciləri son yarışın qalibi olan komanda yoldaşı Oskar Piastri və Ferrari ilə son dövrlərdə əla nəticələr əldə edən Şarl Leklerdir. Maks Ferstappen bu siyahıda Karlos Saynsdan da geri qalır və şansları dördüncü qiymətləndirilir…

Lando Norris – 2.75
Oskar Piastri, Şarl Lekler – 5.00
Karlos Sayns – 8.00
Maks Ferstappen – 10.00
Lyuis Həmilton, Corc Rassell – 15.00

Mövsümün sonuna 7 yarış qalmış bukmeykerlər hələ də 8 nəfər sürücüyə çempionluq şansı verirlər. Ferstappen hələ də liderdir, lakin Norrisin əmsalı da ona yaxındır. Lekleri də saymasaq, əmsal verilən digər sürücülərin şansları nominal qiymətləndirilir.

Maks Ferstappen – 1.45
Lando Norris – 2.75
Şarl Lekler – 19.00
Oskar Piastri – 51.00
Lyuis Həmilton – 1501.00
Karlos Sayns, Serxio Peres, Corc Rassell – 2001.00

McLaren Bakıdakı yarışın ardından son 10 ildə ilk dəfə Mühəndislər Kubokunda liderliyə yüksəlib. İdarənin əməkdaşları da məhz onların sonda kubok qazanacaqlarına daha çox inanırlar.

McLaren – 1.11
Red Bull – 7.00
Ferrari – 13.00
Mercedes – 301.00

 

Elçin Zodorov

Şərh əlavə et