Xəbəri Kokpitdə Oxuyun!

Mercedes PETRONAS üçün xüsusi rəng çaları hazırlayıb

Mercedes komandası bu həftəsonu Sinqapur Qran Prisində Petronasın 50-ci il dönümünü qeyd etmək üçün xüsusi rəng çaları ilə yarışacaq.

Kokpit.az bildirir ki, Mercedes-in texniki və titul sponsoru olan PETRONAS-ın əfsanəvi zümrüdü yaşılı rəngi yan tərəflərdəki gümüşü rəngini əvəz edəcək.

PETRONAS 1974-cü ildə qurulub və o zamandan bəri enerji sektorunda lider brendlərdən biri olub. Onlar 2010-cu ildən etibarən Mercedes-lə həm yarış traslarında, həm də trasdan kənarda performansı artırmaq üçün tərəfdaşlıq edirlər.

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Petronas-la çoxillik tərəfdaşlıqlarını şərəfləndiriblər: “Bu rəng çaları sadəcə PETRONAS-ın 50-ci ildönümünü qeyd etmir, eyni zamanda komandamızın tarixində nə qədər vacib olduqlarını göstərir. Bu da bizim tərəfdaşlığımızı şərəfləndirir”.

Komandanın sürücüləri Lyuis Həmilton və Corc Rassell da bu xüsusi rəng çaları barədə danışıblar.

Lyuis Həmilton: “Bu rəng çaları gözəl görünür. Cümə günü bolidi trasa çıxarmaq üçün səbirsizlənirəm”.

Corc Rassell: “Dizayn möhtəşəmdir və bu xüsusi tərəfdaşlıq üçün əla qeyd etmək yoludur”.

Lakin Petronasın ildönümü yalnız Sinqapur yarışı ilə bitməyəcək. Toto Volff, Lyuis Həmilton və Corc Rassell bazar günü yarışdan sonra Kuala Lumpura gedərək tədbirlərdə iştirak edəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et