Kokpit.az bildirir ki, McLaren komandası Sinqapur Qran Prisi üçün MCL38-i qırmızı və ağ rəngdə yarışdıracaq. Bu rəng çaları isə Ron Dennis və Marlboro-nun sponsorluğu dövründəki – 1981-1996-cı illərdəki rəng çalarını xatırladır.
Rəng çalarından başqa bolidin kokpitində Ayrton Senna, Alen Prost və Niki Lauda da daxil olmaqla 13 əfsanəvi MP4 pilotunun adları olacaq.
McLaren komandasının marketinq müdiri Luiza MaKiven: “Legend Reborn köhnə və yeni azarkeşlərimizi bir araya gətirəcək və əfsanəvi tariximizi qeyd etmək və şərəfləndirmək üçün əla yoldur. Bunun hesabına McLaren fanatları və sponsorlarımız üçün maraqlı kontentlər hazırlayırıq”.
Şərh əlavə et