Kokpit.az xəbər verir ki, bu arxa qanan məsələsi Bakıda Oskar Piastrinin maşınına quraşdırılmış kamera görüntülərindən sonra mübahisə yaradıb – görünüşə görə, qanadın üst elementində hava ilə sürtünmənin azaldılması məqsədilə boşluq yaradılıb. Bu həll paddokda “mini-DRS” adını qazanıb və rəqiblər bunun qaydalara uyğun olub-olmadığına, niyə buna icazə verildiyinə aydınlıq gətirilməsini tələb ediblər.
Sinqapur Qran Prisindən əvvəl federasiya bəyan etmişdi ki, McLaren-in arxa qanadı bütün lazımi FIA sınaqlarından keçib və onlara tam uyğun gəlsə də, dəyişikliklərin zəruri olub-olmadığını öyrənmək üçün Bakıdan çəkilmiş videonun tədqiqi aparılacaq.
Federasiyanın bəyanatında deyilir: “FIA avtomobil elementlərinin çevikliyini diqqətlə izləyir və komandalardan mövsüm ərzində istənilən vaxt dəyişiklik etməyi tələb etmək hüququnu özündə saxlayır. Bununla belə, komanda bütün çeviklik testlərindən uğurla keçərsə, qaydalara və texniki göstərişlərə əməl edərsə, o, tam uyğun hesab edilir və əlavə tədbir görülmür. FIA hazırda Azərbaycan Qran Prisi zamanı əldə edilmiş məlumatları və əlavə sübutları, eyni zamanda gələcək məhdudiyyətlər üçün tədbirləri nəzərdən keçirir”.
Şərh əlavə et