Xəbəri Kokpitdə Oxuyun!

F.Kolapinto karyerasının xüsusi anını qeyd edib

Willliams komandasının sürücüsü Franko Kolapinto sosial şəbəkədə şəkil paylaşıb və bildirib ki, Lyuis Həmilton Azərbaycan yarışındakı performansına görə onu təbrik edib.

Kokpit.az xatırladır ki, argentinalı sürücü İtaliya Qran Prisində Loqan Sarcenti əvəz edərək Formula 1-də debüt etmişdi. Lakin o karyerasının ikinci yarışı olan Azərbaycanda yaxşı performans göstərərək, 8-ci yeri tutub və komandasına qızıl dəyərində 4 xal qazandırıb. Eyni zamanda Franko finiş xəttini idmanın əfsanəsi Lyuis Həmiltonun önündə keçib.

Yarışdan sonra Franko Kolapinto İnstagram hesabında şəkil paylaşıb. Şəkildə Həmilton qapalı sahədə onun çiyninə toxunur və gənc sürücü bu anı vacib bir xatirə kimi dəyərləndirib: “Günün ən gözəl anı”

Bir yarışdan sonra Lyuis Həmiltonun əlini sıxmaq çox dəlisovdur. Bu ən böyük xəyalımın reallaşmasıdır. Nə gözəl andır”.

Yarışdan sonra Lyuis Həmilton da iki debütant Franko Kolapinto və Oliver Bermanın performansından danışıb və onlara təriflər yağdırıb: “Çətin bir gün idi, amma debütantların belə performanslarını və gənc istedadların parlaq gələcəklərini görmək çox gözəl idi. Onlarla yarışmaq doğrudan da əladır”.

Rauf Hacıyev

Şərh əlavə et