Xəbəri Kokpitdə Oxuyun!

Red Bull keçən ilin İspaniya yarışından geriləyib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onlar 2023-cü ilin Barselona yarışından etibarən bolidin inkişafında səhv yönə gediblər.

Kokpit.az xatırladır ki, Red Bull komandası keçən il 22 yarışın 21-də rahatlıqla qalib gələrək, bəlkə də Formula 1 tarixinin ən güclü sezonunu keçirmişdilər. Lakin bundan 12 ay sonra “qırmızı öküzlər”in bu üstünlüyündən əsər-əlamət qalmadı və hazırda onlar çempionatın liderliyini McLaren-ə veriblər.

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, onların geriləmə səbəbləri keçən il İspaniyaya gətirdikləri yeniliklər olub: “Xronoloji olaraq inkişaf prosesinə baxdıq və ilk səhvin 2023-cü ilin İspaniya yarışına gətirdiyimiz yenilikdə olduğunu gördük. Oraya yeni altlıq aparmışdıq.

O vaxt Serxio Peres maşınla bağlı ilk problemlərini yaşamağa başladı. Amma Maks qalib gəlməyə davam etdiyi üçün bunu ciddiyə almadıq”.

Qeyd edək ki, Red Bull komandası oktyabr ayında Ostində keçiriləcək Amerika Qran Prisi üçün yeni detallar gətirəcək. Komanda bu yeniliklər hesabına qabağa getmək istəyir.

Rauf Hacıyev

Şərh əlavə et