Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Sayns yarışımızı məhv etdi

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Karlos Sayns Bakıda podiuma layiq performans göstərən Serxio Peresin yarışını məhv edib.

Kokpit.az xatırladır ki, Azərbaycan yarışının bitməsinə iki dövrə qalmış Serxio Peres ikinci yer uğrunda Şarl Leklerə hücum edib. Bu anda arxadan fürsət gözləyən Karlos Sayns meksikalı sürücünü keçib. Lakin Serxio əks hücumla yerini qaytarmaq istərkən ispaniyalı sürücü ilə təças yaşayıb və yekunda iki sürücü də mübarizəni dayandırıblar.

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Serxio Peres Bakıda podiuma alyiq olub və bu qəzaya görə komanda Mühəndislər Kubokunda çox vacib xallar itirib: “Serxio daha artığına layiq idi. Yenidən izlədiyimdə gördüm ki, Karlos yavaş-yavaş sola doğru gəlir. Bu doğrudan da məyusedicidri. Bu gün ən azından podiumda olmalı idi. Bu insident Çekonun yarışını məhv etdi və biz Mühəndislər Kubokunda çox vacib xallar itirdik”.

Maks Ferstappen Azərbaycan yarışında Serxio Peresə nisbətən zəif görünürdü. Bunun səbəbi Kristian Hornerdən soruşulub: “Çeko yaxşı temp və sazlanma tapdı. Maksın maşınına isə istədiyimiz kimi işləməyən bəzi şeylər əlavə etdik. Bu da onun performansına zərər verdi”.

Rauf Hacıyev

Şərh əlavə et