Kokpit.az xəbər verir ki, 2026-cı ildə tanıdılması ehtimal edilən yeni nəsil oyun konsolunun AMD şirkətinin hazırladığı CPU və GPU ilə işləyəcəyi barədə xəbərlər yayılıb. Intel şirkətinin də PS6-nın təchizatı ilə bağlı aktiv işlədiyi, lakin Sony-nin seçiminin AMD olduğu bildirilir.
Qeyd edək ki, PS5, PS5 Pro, Xbox X və Xbox S seriyalarında AMD-nin məhsullarından istifadə edilir. Növbəti konsolun xüsusiyyətlərini bilmək üçün hələ tezdir, lakin məlumdur ki, standart 8K görüntü vermək imkanına sahib olacaq və PS5-dən təxmini 100 dollar daha baha təqdim ediləcək…
Şərh əlavə et