Kokpit.az xəbər verir ki, avtomobili 5168,7 km-lik marşrutla Los-Anceles meriyasından Nyu-York meriyasına gedən amerikalı Ueyn Gerdes idarə edib. Məsafə üzrə orta yanacaq sərfiyyatı 100 kilometrə 2,525 litr təşkil edib ki, bu, inanılmazdır.
“Belə bir rekord əldə etmək üçün plan lazımdır. Sadəcə sükan arxasına keçib maşın sürmək olmaz. Eyni zamanda, siz tez işləməyi bacarmalısınız və vəziyyət dəyişərsə, başqa plana keçərək, marşrutu dəyişdirməlisiz”, – Gerdes qeyd edib.
Hamının bildiyi kimi, Toyota Prius hər zaman aşağı yanacaq sərfiyyatlı ilə tanınıb və bu xüsusiyyəti ondan əsas da taksi fəaliyyətində geniş istifadə edilməsinə gətirib çıxarıb. Lakin maraqlıdır ki, Bakı küçələrində ən son modelə rast gəlmək demək olar ki, hələ mümkün deyil…
Şərh əlavə et