Kokpit.az xatırladır ki, argentinalı sürücü Azərbaycan Qran Prisində karyerası üçün böyük uğurlar qazanıb. O, əvvəlcə sıralanma turunda son sessiyaya qalıb və yarışı 8-ci yerdə bitirərək, 4 xal qazanıb. Loqan Sarcent Williams komandası ilə ilyarım yarışsa da, bunları edə bilməmişdi. Lakin Kolapinto bu uğurları karyerasının ikinci yarışında qazanıb.
Franko Kolapinto Bakı yarışının sonlarında 10-cu yerə yüksəlib. Lakin öndə Karlos Saynsla Serxio Peresin mübarizəni dayandırması ilə 8-ci yerə yüksəlib və karyerasının ikinci Formula 1 yarışından mükəmməl sayılacaq nəticə ilə qayıdıb.
Franko Kolapinto yarışdan sonra verdiyi intervyuda fikirlərini bildirib: “Mənə bir yer verərək çox inandılar və etimad göstərdilər. İnsanlar bu qərarı anlaya bilməmişdilər. Amm nəyə qadir olduğumu və Formula 1-də yarışmağa layiq olduğumu ümid edirəm ki, göstərə bilmişəm. Ceyms Vavlsın verdiyi fürsət hesabına bunu göstərə bildim.
Çalışıram ki, hər şeyi tez öyrənm. Amma bolidlə çox az kilometr qət edərək ikinci yarışda xal almaq doğrudan da müsbət haldır və yaxşı şeydir. Komanda ilə birlikdə çox yaxşı iş gördük. Williams-ı çempionatda bir pillə yuxarı qaldırdıq və nəticədən çox razıyam. Bir yerdə qazandığımız bu uğura görə çox sevinirəm və gələcək üçün işləməyə davam etməliyik”.
Şərh əlavə et