Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Detal səhv quraşdırılmışdı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onun maşınında bəzi detallar səhv quraşdırılıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 7-ci olsa da, motoru dəyişdirildiyi üçün yarışa pit yolundan başlamalı olub. Lakin yarış yeddiqat Dünya Çempionu üçün elə də ideal keçməyib və o yekunda 9-cu yeri tuta bilib.

Lyuis Həmilton Azərbaycan yarışından sonra jurnalistlərin suallarına cavab verib: “Pitdən başlamaq komandanın qərarı idi.

Cümə günü əla maşınımız var idi və şənbə günü xırda dəyişikliklər etdik. Detallardan biri düzgün istehsal edilməmişdi. Buna görə də şənbə günü biz səhv yönə getdik. Bunu ancaq günün sonunda anlaya bildik.

Sonda qərara gəldik ki, güc qurğusunu dəyişdirək. Bu isə o demək idi ki, bizi çətin bir yarış gözləyir”.

Lyuis Həmilton əlavə edib ki, Azərbaycanda sürdüyü Mercedes W15 karyerası ərzində sürdüyü ən pis balanslı Formula 1 bolididir: “Böyük ehtimalla karyeram ərzində sahib olduğum ən pis balanslı maşın bu idi. Ön tərəfdə də, arxa tərəfdə də balans yox idi. Bilirdim ki, ötmə edə bilməyəcəm, amma şənbə günü tempimizin niyə olmadığını doğ bilmirdim”.

Rauf Hacıyev

Şərh əlavə et