Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa pouldan başlasa da, yarışın 20-ci dövrəsində Oskar Piastri onu keçərək, yarışı qazanıb. Şarl Lekler isə ikinci yerlə kifayətlənməli olub.
Yarışdan sonra jurnalistlərin suallarını cavab verən Şarl Lekler bildirib ki, onlar Hard təkərlərə keçdikdən sonra McLaren-in və Piastrinin tempinə cavab verə bilməyiblər.
Şarl Lekler: “Hard təkərlərə keçəndən sonra anladım ki, yarışı qazana bilyəcəyik. Medium təkərlə çox rəqabətədavamlı idik. Bir neçə döngədə az qala divara çırpılırdım və bizdən daha güclü idilər.
Qəza Karlos üçün böyük məyusluq oldu. Ümid edirəm ki, hamı yaxşıdır. Komanda üçün elə də yaxşı gün deyildi.
Düzlüklərdə Piastriyə istədiyim qədər yaxınlaşa bilmədim və yarış mənim üçün müdafiə oluna bilmədiyim anda bitdi. Amma belə hallar bəzən olur. Bəzən səhv edərsiniz və mən də bu səhvdən dərs çıxaracağam”.
Şərh əlavə et