Azərbaycan Qran Prisinin bitməsinə 2 dövrə qalmış Serxio Pereslə Karlos Sayns insident yaşayıblar və hər iki sürücü də mübarizəni tamamlaya bilməyiblər.
Beləki, Sayns və Peres ikinci döngədən sonra yan-yana gəliblər və meksikalı sürücünün ön təkəri rəqibinin arxa təkərinə təmas edib. Nəticədə iki sürücü də idarəetməni itirərək, bariyerlərə çırpılıblar. Buna görə hər iki sürücü də stüardlar tərəfindən araşdırılmağa başlanıb.
Stüardlar videolardan, sürücülərin trasda yerləşməsindən və bolidin daxilindəki kameralardan bütün görüntüləri izləyiblər. Daha sonra hər iki sürücü öz izahatlarını veriblər.
Bütün dəyərləndirmələrdən sonra hər iki sürücünün də insidentdə səhvlərinin olmadığl üzə çıxıb və bunu yarış qəzası olduğu deyilib.
Şərh əlavə et