Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Həyatımın ən yaxşı yarışlarından idi

McLaren komandasının sürücüsü Oskar Piastri Azərbaycan yarışını qazandıqdan sonra bildirib ki, bu onun ən yaxşı yarışlarından biri olub.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa ikinci yerdən başlasa da, 20-ci dövrədə yarışın lideri Şarl Lekleri keçərək birinciliyə yüksəlib.

Bundan sonra Şarl Oskara bir neçə dəfə hücum etsə də, uğurlu alınmayıb. Beləliklə Piastri yarışı qazanaraq karyerasının ikinci qələbəsini qazanıb və radiodan “Bu, həyatımın ən stressli yarışı idi” deyib.

Oskar Piastri: “Startda liderliyi almağa çalışsam da, tempimiz çatmadı. Pitə girib çıxdıqdan sonra daha çox asfaltla ilişməmiz olduğunu hiss etdim və liderlik üçün hücum etməyə başladım. Əgər təkərlər yeni olan vaxtda keçməsəydim, daha sonra bacarmayacağımı bilirdim.

Çox böyük hücum etdim, amma sonda bacardım. Sonrakı dövrələrdə canımı qoydum, amma dözdüm. DRS məsafəsindən uzaqlaşdığımda bir az rahatlanmışdım, amma əlbəttə, belə yarışların heç bir dövrəsində rahatlanmaq olmaz.

Qətiliklə karyeramın ən yaxşı yarışlarından biri idi. Keçən il komandaya qatılanda harada olduğumuzu düşünsək – o vaxt sözün əsl mənasında sonuncu idik. İndi isə Dünya Çempionatında liderik.

Son 18 aydakı dəyişim üçün komanda tərifə layiqdir. Bu müddət ərzində mənim də inkişafıma töhfə verdilər. Bu böyük komanda işidir və gələcəkdə görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et